Stavropolda 5 gün əvvəl baş vermiş qəzada xəsarət alan daha bir azərbaycanlı ölüb

Stavropolda 5 gün əvvəl baş vermiş qəzada xəsarət alan daha bir azərbaycanlı ölüb
# 11 mart 2019 15:33 (UTC +04:00)

Stavropolda Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan azərbaycanlılardan biri xəstəxanada dünyasını dəyişib.

Bu barədə ONA-nın Moskva bürosuna Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev məlumat verib. Onun sözlərinə görə, hadisədə xəsarət almış Xəyal Şükürov bu gün səhər saatlarında xəstəxanada ölüb. Hazırda onun cənazəsinin Azərbaycana göndərilməsi ilə bağlı iş aparılır.

Qeyd edək ki, hadisə martın 6-da səhər saatlarında baş verib. Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun ZİL markalı yük maşını ilə toqquşması nəticəsində 6 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR