Joze Mourinyonu Zinəddin Zidan əvəzləyə bilər

Joze Mourinyonu Zinəddin Zidan əvəzləyə bilər
# 01 avqust 2018 14:46 (UTC +04:00)

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının “The Sun”a istinadən məlumatına görə, “Mançester Yunayted” Joze Mourinyonun postuna fransız mütəxəssisi dəvət etməyi planlaşdırır.

Zidan 2016-2018-ci illər aralığında “Real”ı çalışdırıb. Onun rəhbərliyi altında komanda bir dəfə İspaniya La Liqasının, üç dəfə isə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Joze Mourinyonun “Mançester Yunayted”lə olan müqaviləsi 2019-cu ilin yayında bitir. 54 yaşlı çalışdırıcı 2016-cı ildən etibarən “qırmızı şeytanlar”ın başındadı. Mourinyo bu müddət ərzində “Mançester Yunayted”ə Avropa Liqasını, İngiltərə Superkuboku və Liqa kubokunu qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR