2017-ci ildə 38,5 min nəfərə rəsmi işsiz statusu verilib

2017-ci ildə 38,5 min nəfərə rəsmi işsiz statusu verilib
# 17 yanvar 2018 13:21 (UTC +04:00)

Bu il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5073,8 min nəfər olub, onlardan 4822,1 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2017-ci il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1521,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,1 min nəfər, qeyri-dövlət sektorunda isə 640,1 min nəfər təşkil edib.

İqtisadiyyatın neft sektorunda 34,0 min nəfər, qeyri-neft sektorunda isə 1487,2 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6,6%-i tikintidə, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2%-i mədənçıxarma sənayesində, 2,1%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 21,8%-i təhsil, 19,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i istirahət, əyləncə və incəsənət, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6%-i informasiya və rabitə, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2017-ci ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 153,2 saat təşkil edib.

2018-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38,5 min nəfər olub, onların 36,3%-ni qadınlar təşkil edib. İşsizlik müavinətinin orta məbləği 291,2 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR