Astarada şəhid Pəncəli Teymurovun anım mərasimi keçirilib

Astarada şəhid  Pəncəli Teymurovun anım mərasimi keçirilib
# 07 aprel 2017 13:48 (UTC +04:00)

Astarada ötən il aprel döyüşlərində şəhid olan hərbçi Pəncəli Teymurovun anım mərasimi keçirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, mərasimdə rayon rəhbərliyi, kənd ağsaqqalları, şəhidin müəllimləri və sinif yoldaşları iştirak edib.

Astara rayonunun Əzərud kəndində anadan olan Pəncəli Teymurovun qısa, lakin şərəfli bir ömür yaşadığı vurğulanıb.

Çıxışçılar 1981-ci ildə anadan olan P. Teymurov hələ kiçik yaşlarında hərbçi olacağına, düşməndən qisas alacağına söz verdiyini bildiriblər.

Qeyd olunub ki, P. Teymurov 1999-cu ildə hərbi xidmətə yola düşüb və könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat qrupuna yazılaraq Bakıda gizir məktəbini bitirib. Daha sonra Türkiyənin xüsusi kəşfiyyat məktəblərində təlim keçib.

Mərasimdə şəhidin ruhuna dualar oxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR