Gürcüstan prezidenti: “Qara Dəniz Təhlükəsizlik Formatı region üçün böyük əhəmiyyət kəsb edir”

Gürcüstan prezidenti: “Qara Dəniz Təhlükəsizlik Formatı region üçün böyük əhəmiyyət kəsb edir”
# 04 aprel 2017 00:10 (UTC +04:00)

Gürcüstanda keçirilən NATO Günləri çərçivəsində ölkə prezidenti Giorgi Marqvelaşvili aprelin 3 -də diplomatik korpus rəhbərləri, beynəlxalq təşkilatlar, dini konsessiya nümayəndələri, müxtəlif ölkələrin hərbi attaşeləri qarşısında Qara Dəniz Təhlükəsizlik Formatı çərçivəsində Gürcüstan-NATO əməkdaşlığı ilə bağlı çıxış edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezident çıxışında NATO-nun əhəmiyyətindən danışıb və Gürcüstanın siyasi rəhbərliyinin NATO ilə əməkdaşlığını yüksək qiymətləndirib.

"Gürcüstan-NATO silahlı qüvvələri arasında əməkdaşlıq nəinki siyasi tərəfdaşlıqdır, bu, həmçinin ümumi dəyərlərə və ortaq istəklərlə bağlı əməkdaşlıqdır. Mən yalnız bu yaxınlarda başlayan Gürcüstan və NATO əhəmiyyətli formatı qeyd etmək istəyirəm. Bu, Qara Dəniz Təhlükəsizlik çərçivəsində həyata keçirilən əməkdaşlıq formatıdır. Qara Dəniz Təhlükəsizlik Formatı çərçivəsində Gürcüstan-NATO əməkdaşlığı həm Gürcüstan və NATO-ya üzvü olan ölkələr, həm də bölgə üçün qlobal, regional əməkdaşlığın təmin edilməsi üçün vacibdir. Regional təhlükəsizlik isə Asiya və Avropa arasında əməkdaşlığın təhlükəsizliyinə və perspektivliyinə zəmanətdir. Biz hesab edirik ki, bu tərəfdaşlıq NATO üzvü olan ölkələrlə tərəfdaşlığımızı və münasibətlərimizi daha da dərinləşdirəcək”, prezident qeyd edib.Sonra tədbirdə NATO-nun Gürcüstandakı əlaqə ofisinin rəhbəri Vilyam Lahyü çıxış edib.

Qeyd edək ki, Gürcüstanda NATO və Aİ-nin informasiya mərkəzlərinin çərçivəsində təşkil edilən NATO Həftəsi günləri ənənə halını alıb və bu tədbir onuncu dəfədir ki, keçirilir.

Tədbirdə Gürcüstanın xarici işlər naziri Mixail Canelidze, Avropa və Avrointeqrasiya məsələləri üzrə Dövlət naziri Viktor Dolidze, Prezident Administrasiyasının rəhbəri Giorgi Qabaşvili, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi David Rakviashvili, icra hakimiyyəti orqanlarının rəhbərləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR