Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb

Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb
# 27 yanvar 2018 08:26 (UTC +04:00)

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti dəyişib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, bölgəyə qar yağmağa başlayıb.

Quba, Qusarın, Xızı rayonlarının dağlıq ərazilərinə 10 sm-dək qar yağıb. Havanın temperaturu mənfi 2-8 dərəcə arasında dəyişir.

Qubanın Xınalıq kəndinə 3, Qırız kəndində 5, Qusarın Ləzə kəndində isə 4 sm qar yağıb. Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü 2 və 4 sm-dir.

Ən aşağı temperatur (mənfi 8 dərəcə) Qubanın Qırız kəndində qeydə alınıb.

Qeyri-sabit hava şəraitinin yanvarın 28-dək davam edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR