Saathesabı keçirilən məşğələlərə görə ödənişlər artırılıb


Saathesabı keçirilən məşğələlərə görə ödənişlər artırılıb
# 03 mart 2019 10:36 (UTC +04:00)

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri artırılıb.

ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” yeni redaksiyada təsdiq edib.

Beləliklə, professor və ya elmlər doktoruna bütün tipdən olan ümum-təhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri və fəhlələrə keçirilən tədris məşğələlərinin 1 saatı üçün verilən məbləğ 5,35 manatdan 7,41 manata, xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyicilərinə keçirilən tədris məşğələlərinin 1 saatı üçün verilən məbləğ 6,35 manatdan 8,79 manata, doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə keçirilən tədris məşğələlərinin 1 saatı üçün verilən məbləğ 7,65 manatdan 10,60 manata qaldırılıb.

Dosent və ya fəlsəfə doktoruna bütün tipdən olan ümum-təhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri və fəhlələrə keçirilən tədris məşğələlərinin 1 saatı üçün verilən məbləğ 3,55 manatdan 4,92 manata, xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyicilərinə keçirilən tədris məşğələlərinin 1 saatı üçün verilən məbləğ 4,60 manatdan 6,37 manata, doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə keçirilən tədris məşğələlərinin 1 saatı üçün verilən məbləğ 5,35 manatdan 7,41 manata yüksəldilib.

Elmi dərəcəsi, elmi adı olmayan şəxslərə bütün tipdən olan ümum-təhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri və fəhlələrə keçirilən tədris məşğələlərinin 1 saatı üçün verilən məbləğ 2,75 manatdan 3,81 manata, xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyicilərinə keçirilən tədris məşğələlərinin 1 saatı üçün verilən məbləğ 3,10 manatdan 4,29 manata, doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə keçirilən tədris məşğələlərinin 1 saatı üçün verilən məbləğ 3,55 manatdan 4,92 manata qaldırılıb.

Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 8,79 manat, dosent və ya fəlsəfə doktoru üçün 6,37 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 4,29 manat məbləğində müəyyənləşdirilir. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 5,61 manat, çılpaq naturada isə 9,28 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR