Azərbaycanda yeni İnvestisiya Fondu yaradıla bilər

Azərbaycanda yeni İnvestisiya Fondu yaradıla bilər
# 25 may 2018 09:01 (UTC +04:00)

"Azərbaycanda İnvestisiya Fondunun yaradılması ilə bağlı təkliflər var və təkliflər qiymətləndirilir".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan İnvestisiya şirkətinin icraçı direktoru Allahverdi Paşayev bildirib.

"Bizim orada iştirakımızla bağlı təkliflər var. Fondda xarici şirkətlər və Azərbaycanın özəl şirkətləri də iştirak edəcəklər. İnvestisiya Fondları daha çox kənd təsərrüfatı, qeyri-neft sektoruna istiqamətlənib. Sonrakı mərhələ isə fonda daxil olan layihələrdən asılı olacaq",- deyə A.Paşayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR