® CDB Bank "UĞUR-2016" Milli Mükafatı ilə təltif edilib

<font color=red>® </font> CDB Bank "UĞUR-2016" Milli Mükafatı ilə təltif edilib
# 26 dekabr 2016 08:15 (UTC +04:00)

“Boulevard Hotel Baku”da baş tutan mərasimdə Caspian Development Bank (CDB) ASC "İlin şirkəti: Dinamik inkişaf edən bank” nominasiyasında qazanıb. Bank bu mükafata il ərzində imza atdığı uğurlara görə layiq görülüb.

Qeyd edək ki, "UĞUR" milli mükafatı Consalting&Business jurnalı tərəfindən 2000-ci ildə təsis olunub.

"UĞUR" Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ilk və ən nüfuzlu mükafatdır, milli iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş, yeni iş yerlərinin yaradılmasına və bununla da hər bir ailənin rifahının yüksəlməsinə töhfə verən iş adamlarına, dövlət və ictimai xadimlərə təqdim olunur.

Hər il biznes və iqtisadiyyat sahəsində uğurlu fəaliyyətləri və yenilikləri ilə seçilən, ölkə iqtisadiyyatının inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasında fəallıq göstərən şirkətlər və təşkilatlar nüfuzlu "Uğur" milli mükafatı ilə dəyərləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR