Baş pediatr: “Yeni doğulanların 2 faizində irsi xəstəliklər aşkar olunur”

Baş pediatr: “Yeni doğulanların 2 faizində irsi xəstəliklər aşkar olunur”
# 07 dekabr 2016 12:30 (UTC +04:00)

Digər ölkələrdə olduğu kimi Azərbaycanda da yeni doğulanların təxminən 2 faizində, yəni hər 100 nəfərin ikisində irsi xəstəliklər aşkar olunur. APA-nın xəbərinə görə, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

Baş pediatr bildirib ki, tibbi texnologiyaların inkişafı nəticəsində döl ana bətnində olarkən onun hansı irsi xəstəliklərin daşıyıcısı olub-olmadığını yoxlamaq mümkün olur. Perinatal diaqnostika üsulları ilə xəstəlikləri vaxtında aşkar etməyin mümkün olduğunu deyən baş pediatr qeyd edib ki, yeni doğulanlarda aşkar olunan irsi xəstəliklərin sayı çoxdur: “İnsan orqanizmində elə bir sistem yoxdur ki, orada irsi, yaxud anadangəlmə inkişaf anomaliyalarına rast gəlinməsin. Ölü doğulan və düşük nəticəsində olanlarda isə bunun faizi daha çox olur. Belə ki, hər diri doğulanların 0,6 faizində xromosom xəstəliklər, ölü doğulanların 5,6%-dən 11%-dək, düşüklərdə isə 50-70% halda bu və ya digər ağır irsi patologiyalar aşkar olunur. Bu xəstəliklərin irsi mənbəyi xromosomlar (edvard, daun sindromu) və genlərlə bağlı ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR