Yaponiya müdafiə naziri: “Şimali Koreya orta mənzilli ballistik raketin sınağını keçirib”

Yaponiya müdafiə naziri: “Şimali Koreya orta mənzilli ballistik raketin sınağını keçirib”
# 29 avqust 2017 03:22 (UTC +04:00)

Şimali Koreya orta mənzilli ballistik raketin sınağını keçirib.

APA-nın xəbərinə görə, bunu Yaponiyanın müdafiə naziri İtsunori Onodera bəyan edib.

“Əldə etdiyimiz məlumata görə, Şimali Koreya orta mənzilli ballistik raketin sınağını keçirib. Ərazimizə bilavasitə təhlükə olmadığına görə raket tərəfimizdən vurulmayıb. Bu, ilk dəfə baş verən hadisəni bölgədə sülh və təhlükəsizliyə təhdid, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi dəyərləndiririk”, deyə nazir vurğulayıb.

Bu gün Şimali Koreyanın buraxdığı ballistik raket Yaponiya üzərindən uçaraq Sakit okeana düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR