DSMF: Əmək pensiyalarının ödənişi üçün plastik kartlarla bağlı hər hansı dəyişiklik baş verməyib

DSMF: Əmək pensiyalarının ödənişi üçün plastik kartlarla bağlı hər hansı dəyişiklik baş verməyib
# 23 iyul 2015 13:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Son günlər əmək pensiyaçılarının plastik kartlarının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı əhali tərəfindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) çoxsaylı müraciətlər daxil olub.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, pensiyaların ödənilməsi bu məqsədlə elan olunan tenderdə qalib gələn banklarla bağlanan müqavilələr əsasında həyata keçirilir və xidmət müddəti davam etdiyindən bankomatlardan və plastik kartlardan istifadənin dəyişdirilməsi ilə bağlı heç bir narahatlığa əsas yoxdur.

Əmək pensiyaçıları öz pensiyalarını əvvəlki qaydada kartlarının aid olduğu banklardan almağa davam edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR