Ucarda ev yanıb

Ucarda ev yanıb
# 27 yanvar 2017 13:22 (UTC +04:00)

Ucarda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında rayonun Qarabörk kəndində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Rəfiqə Əliyevaya məxsus ümumi sahəsi 270 kv.m olan evin 70 kv.m-lik çardaq hissəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR