Şabranda oğurluq edən Sumqayıt sakinləri saxlanılıb

Şabranda oğurluq edən Sumqayıt sakinləri saxlanılıb
# 26 mart 2018 17:45 (UTC +04:00)

Sumqayıtdan gələrək Şabranda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, martın 18-də Şabran rayon Uzunboyad kənd sakini Yasin Əsgərov RPŞ-yə ərizə ilə müraciət edərək, rayonun Məliklər kəndində ona məxsus olan kənd təsərrüfatlarının saxlanc yerindən ümumi dəyəri 1000 manata yaxın olan avtotexniki avadanlığın naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.


Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Ruslan Cəfərquliyev, Elvin İmamverdili və İlkin Verdiyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları radiator və akkumulyatorlar maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı barələrində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR