Sabirabadda qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Sabirabadda qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 03 noyabr 2017 21:36 (UTC +04:00)

Sabirabadda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, xəsarət alanlar Sabirabad sakinləri, 1998-ci il təvəllüdlü Ağayev Coşqun Elman oğlu, 1999-cu il təvəllüdlü Kamran Ulduz oğlu və 1997-ci il təvəllüdlü Abbaszadə Fərid Ədalət oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

23:08

Sabirabadda minik maşını aşıb, 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində “Mercedes" markalı “90 SX 054” dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR