Azərbaycanın qadın snayperi: “Geyindiyimiz forma şəhidlərimizin kəfənidir”-FOTOSESSİYA

Azərbaycanın qadın snayperi: “Geyindiyimiz forma şəhidlərimizin kəfənidir”-<span style="color: red;">FOTOSESSİYA
# 29 iyun 2015 08:54 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin qadın snayperi Vüsalə Məmmədova deyib.

Vüsalə Məmmədova deyib ki, ilkin ixtisası operator olsa da, snayper olmaq arzusunda imiş: “Yuxarı komandanlığa müraciət etdim və snayper hazırlığı kursuna göndərildim. Növbəti məqsədim isə cəbhə bölgəsinə yollanmaq və düşmən ilə üz-üzə dayanıb xidmət etməkdir. Ön xətdə xidmət etməyin çətin olduğunu düşünmürəm. Əldə silah hər an düşməni məhv etmək ehtimalı mənə stimul verir. Bilirəm ki, silahımla hədəfi düzgün seçərək düşməni məhv edəcəyim günlər yaxındadır”.

Vüsalə Məmmədova Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin may ayında keçirilən birgə taktiki təlimlərində iştirak edib.

Qadın snayper ailəsinin onu dəstəklədiyini söyləyib: ”Yolumun məsuliyyətli olduğunun fərqindədirlər və ən böyük dayağım ailəmdir. Hər gün xidmətimlə, atışların necə keçməsi ilə maraqlanır, uğur və nailiyyətlərimə mənimlə birgə sevinirlər. Onu da qeyd edim ki, əmim düşmən gülləsindən şəhid olub. Deyirlər ki, geyindiyimiz forma şəhidlərimizin kəfənidir. Mənim kimi ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının bir arzusu, bir məqsədi var: Şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək”.

Qadın snayper Könül Məmmədli isə deyib ki, Sumqayıtda dünyaya göz açsa da, uşaqlığı cəbhə bölgəsindəki Qazax rayonunda keçib və daim atəş səsləri eşidib: “Həmişə forma geyinmək istəyində olmuşam. Kimdəsə forma görəndə ürəyim dağa dönürdü, lakin hərbçi ola bilmədiyim üçün üzülürdüm. Son illər ordu sıralarında qadınların xidmətə başlamasına şərait yaradıldı”.

K. Məmmədli bildirib ki, bu yolda ən böyük dəstəkçi atasıdır: “Ən böyük dayağım atamdır. Bəli, mən atamın qarşısına çıxıb hərbçi olmaq arzusunda olduğumu dedim. İllər əvvəl hərbçi olmaq arzuma maneə olsa da, bu dəfə istəyimi və qəti qərarımı görüb mənə dəstək verdi”.


Qadın snayper vurğulayıb ki, Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının artdığı son illərdə daha çox hiss olunur: “Bu hər bir döyüşçümüzə düşmən üzərində qələbə qazanmaq üçün əlavə stimul verir. Biz gənclər çox şanslıyıq ki, müasir və müstəqil ordumuzun sıralarında xidmət edirik. Hər birimiz yaxşı başa düşürük ki, qarşımızda dayanan ən mühüm vəzifə düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı son qarışına kimi düşməndən azad etməkdir. Müqəddəs vəzifəmizi unutmamalıyıq...”

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR