“BP-Azerbaijan”: Bu ilin 6 ayında Səngəçal terminalı ilə 1,2 mln. bareldən çox neft ixrac edilib

“BP-Azerbaijan”: Bu ilin 6 ayında Səngəçal terminalı ilə 1,2 mln. bareldən çox neft ixrac edilib
# 17 avqust 2017 14:05 (UTC +04:00)

Bu ilin ilk yarım ilində “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

AÇG-nin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. standart kubmetr təşkil edir.

Altı ay ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 141 mln. bareldən artıq neft və kondensat, o cümlədən 124 mln. bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 15,5 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,5 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. Yarım il ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28 mln. standart kub metr (987 mln. standart kubfutdan artıq) “Şahdəniz” qazı ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR