İtaliyada azarkeşlər klub prezidentinin avtomobilini yandırıblar

İtaliyada azarkeşlər klub prezidentinin avtomobilini yandırıblar
# 08 fevral 2017 03:50 (UTC +04:00)

İtaliya A seriyasında mübarizə aparan “Peskara”nın prezidenti maraqlı hadisə ilə üz-üzə qalıb. Apasport.az saytının məlumatına görə, komandanın azarkeşləri prezidentin iki avtomobilini yandırıblar.

Buna səbəb “delfinlər”in cari mövsüm uğursuz çıxış etməsidir. Hazırda hesabında 9 xal olan “Peskara” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Hadisədən sonra qısa açıqlama verən prezident Daniele Sebastiani mövsümün sonunda vəzifəsindən istefa verəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR