MSK Avropa İttifaqı ilə birlikdə aşağı seçki komissiyaları üzvləri üçün təlimlərə başlayıb - FOTOSESSİYA

MSK Avropa İttifaqı ilə birlikdə aşağı seçki komissiyaları üzvləri üçün təlimlərə başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 14 avqust 2015 09:04 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, MSK maarifləndirmə məsələsinə geniş fikir verir və seçkilərdə maarifləndirmə ilə bağlı xüsusi proqram hazırlanır: “Bunun yüksək əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası prezidenti fəaliyyət planının təsdiqlənməsi ilə bağlı imzaladığı sərəncamlarda seçki komissiyalarının maarifləndirilməsi məsələsinə xüsusi diqqət yetirir və MSK-ya tövsiyəsini bildirib. Məhz buna görə, maarifləndirmə məsələləri bizim diqqət mərkəzimizdə duran əsas məsələlərdən biridir. Seçki mürəkkəb proses olduğu üçün orada müxtəlif subyektlər iştirak edirlər. MSK seçkiləri hazırlayıb keçirən orqan kimi xüsusi məsuliyyətə malikdir və ona görə Məntəqə Seçki Komissiyası, Dairə Seçki Komissiyası və Mərkəzi Seçki Komissiyası üzvləri daxil olmaqla biz həmişə aşağı seçki komissiyalarını maarifləndiririk”.

MSK sədri Azərbaycan ictimaiyyəti ilə də işləməyə başladıqlarını qeyd edib: “MSK üzvləri artıq həftədə bir dəfə İctimai Televiziyada və “Azərbaycan qəzeti” və İctimai Radioda seçkilərlə bağlı maarifləndirmə proqramına başlayıblar. Həmişə çalışırıq ki, bütün bu proseslərə ictimaiyyət nümayəndələrini və Azərbaycan fəaliyyət göstərən beynəlxalq qurumların nümayəndələrini cəlb edək. Azərbaycan demokratik dünyanın üzvü olduğu üçün keçirilən seçkilər digər Avropa ölkələrində keçirilən seçkilər kimi diqqət mərkəzində olur və biz çalışırıq ki, seçkilərə hazırlıq yüksək səviyyədə keçirilsin. Azərbaycan seçicilərinə bütün şərait yaradılsın ki, onlar seçkilər günü öz siyasi iradələrini ortaya qoya bilsinlər. Kifayət qədər müşahidəçi iştirak etsin və aşağı seçki komissiyalarının üzvləri seçki məcəlləsinin tələbinə uyğun olan fəaliyyətini yüksək səviyyədə qura bilsin”.

Qeyd edək ki, bu gün MSK Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə namizədlərin irəli sürülməsi və qeydə alınmasına həsr olunmuş təlimlərə başlayıb. Tədbirdə Bakı, Bakı ətrafı və Naxçıvan Muxtar Respublikasından dairələrin sədrləri iştirak edir. Eyni tədbirlər ölkənin digər bölgələrində də bütün 125 dairə sədrləri üçün keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR