Samuxda avtomobil aşıb, sürücü xəsarət alıb

Samuxda avtomobil aşıb, sürücü xəsarət alıb
# 11 noyabr 2016 18:20 (UTC +04:00)

Samuxda avtomobil aşıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncədən İmamzadə ziyarətgahına gedən yolda qeydə alınıb.

Samux rayon Bağmanlar kənd sakini, 1994-cü il təvəllüdlü Qalib Elşən oğlu İmanov idarə etdiyi “QAZ 24” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR