Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb
# 10 dekabr 2016 08:38 (UTC +04:00)

Kürdəmir rayonunda avtomobil piyadanı vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 10-da saat 01 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndində qeydə alınıb.

Gəncə şəhər sakini Seymur Səfərquliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Elşad Günbatovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR