Bank Of Baku

Tərtər Hərbi Prokurorluğunda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib - FOTO

Tərtər Hərbi Prokurorluğunda tədbir

© APA | Tərtər Hərbi Prokurorluğunda tədbir

# 09 fevral 2022 13:28 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tərtər Hərbi Prokurorluğunda “Xidməti ərazilərin yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbir zamanı inzibati binada təxliyə planından düzgün istifadə olunmasının, ehtiyat çıxış qapıları və zirzəminin istifadəyə daim yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın vacibliyi diqqətə çatdırılıb. Həmçinin, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları barədə geniş məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR