Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Bakı aviareyslərində gecikmə yaranıb

Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Bakı aviareyslərində gecikmə yaranıb
# 27 may 2018 18:10 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-122 Gəncə (VKO) - Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq - Bakı reysi gecikir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, aviareysin gecikməsi hava gəmisinin texniki nasazlığı ilə əlaqədardır.

“Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq. Yaranan narahatlığa görə üzr istəyirik”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR