Gürcüstanda erməni bazar sahibi rüşvət üstündə yaxalanıb

Gürcüstanda erməni bazar sahibi rüşvət üstündə yaxalanıb
# 23 may 2018 10:37 (UTC +04:00)

Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində Axalkalaki şəhərinin kənd təsərrüfatı məhsulları bazarının direktoru Ararat Safaryan və onun bir əməkdaşı saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinə istinadən verdiyi məlumata görə, istintaqla müəyyən olunub ki, saxlanılan şəxslər rüşvət almaqda şübhəli bilinirlər.

Onlar şəhər bələdiyyəsinin balansında olan bazar ərazisində yerin kirayə verilməsi üçün müqavilə olmadan qanunsuz şəkildə 1000 lari (409 dollar) məbləğində pul alıblar.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 4 ildən 6 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR