Bank Of Baku

Muğladakı təhlükəli Milas yanğını nəzarətə götürülüb

Muğladakı təhlükəli Milas yanğını nəzarətə götürülüb
# 10 avqust 2021 19:57 (UTC +04:00)

Türkiyənin Muğla vilayətinin Milas rayonundakı meşə yanğını nəzarətə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün twitter səhifəsində yazıb.

Nazir bildirib ki, 11 gündür davam edən Milas yanğınının hazırda tamamilə söndürülməsinə cəhd edilir.

Nazir Milas yanğınını xərçəng xəstəli ilə müqayisə edərək, “xərçəng kimi gözlənilməyən yerlərdən üzə çıxan yanğınla qarşı-qarşıyayıq", - deyə yanğının təhlükəli olduğunu ifadə etmişdi.   

 

Qeyd edək ki, Türkiyənin Meşə və Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Meşə Baş İdarəsi son 14 gündə baş verən yanğınlar haqqında açıqlama yayıb.  Bildirilib ki, son 14 gündə 53 vilayətdə 275 meşə yanğınından 272-si nəzarətə alınıb.

B.Pakdemirli isə söndürülməkdə olan Milas yanğını ilə birlikdə bu rəqəmin 273 olduğunu yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR