Gədəbəy sakini intihara cəhd edib

Gədəbəy sakini intihara cəhd edib
# 24 yanvar 2017 07:15 (UTC +04:00)

Gədəbəy rayon sakini intihara cəhd edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü İbrahimov Emin Nadir oğlu babasının evində özünü kəndirlə asaraq intihar etmək istəyib. Yaxınları dərhal onu xilas ediblər. E. İbrahimov Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR