Aİ liderləri İranla nüvə sazişi üzrə öhdəliklərini təsdiqləyib

Aİ liderləri İranla nüvə sazişi üzrə öhdəliklərini təsdiqləyib
# 20 oktyabr 2017 05:50 (UTC +04:00)

Avropa İttifaqına üzv ölkələrin liderləri İranla nüvə sazişi üzrə öhdəliklərini təsdiqləyiblər və bundan əvvəl Aİ ölkələrinin XİN rəhbərlərinin oktyabrın 16-da qəbul etdiyi bəyanatı dəstəkləyiblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ sammitində müzakirələrin yekununda qəbul edilən sənəddə deyilir.

Qeyd edək ki, XİN rəhbərləri qəbul etdikləri bəyanatda ABŞ-ı saziş üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdə davam etməyə çağırıblar, Donald Trampın məsələ ilə bağlı atmaq istədiyi addımların ABŞ, onun tərəfdaşları və bölgənin təhlükəsizliyi üçün fəsadlar törədə biləcəyini nəzərə almağa çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR