Tiflisdə beynəlxalq elmi konfrans keçirilir

Tiflisdə beynəlxalq elmi konfrans keçirilir
# 11 noyabr 2016 23:09 (UTC +04:00)

Tiflisdə İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində (TDU) “İqtisadiyyat və biznes sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə TDU-nun kansleri Nuno Ovsyannikova, Gürcüstanın Maliyyə Naziri Nodar Xaduri, Tiflis Şəhər Meri David Narmaniya gürcü və xarici professorlar çıxış edib.

Beynəlxalq konfransda 130 gürcü və əcnəbi alim və iqtisadçılar, o cümlədən 10 ölkə və müxtəlif universitetlərin nümayəndələri iştirak edir. Konfransın məqsədi iqtisadiyyat və biznes sahəsində əldə olunan təcrübə və elmi tədqiqatların nəticələrini mübadilə etməkdir. Tədbirdə gürcü və əcnəbi professorlar tərəfindən müxtəlif mövzularda layihələr təqdim olunacaq, məruzələr dinləniləcək.

Tədbir universitetin iqtisadiyyat və biznes fakültəsi tərəfindən təşkil edilib. Konfrans noyabrın 12-də sona çatacaq. Tədbir təşkilatçıları Azərbaycandan da nümayəndələr gözlədiklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR