Azərbaycandan yarım milyon manatlıq qızılı xaricə aparmaq istəyən şəxslərə hökm oxunub

Azərbaycandan yarım milyon manatlıq qızılı xaricə aparmaq istəyən şəxslərə hökm oxunub
# 01 dekabr 2017 08:41 (UTC +04:00)

Lənkəran Ağır Cinayətlər Məhkəməsində külli miqdarda qaçaqmalçılıqda təqsirləndirilən Cəfər Cəfərov, Hikmət Bəyverdiyev, Kamran Ələsgərzadə, Abdulla Abdullayev, Anur Məcidov və Ramin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Hafiz Ələsgərovun APA-ya verdiyi xəbərə görə, hakim Medhixan Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, H. Bəyverdiyev 5 il, R. Ağayev 7 il, C. Cəfərov 5 il, K. Ələsgərzadə, A. Abdullayev, A. Məcidovun hər biri isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin oktyabrında Astara gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 8 kiloqram 291 qram qızıl külçələri bədənlərinin müxtəlif nahiyələrinə bağlamaqla çıxaran Azərbaycan vətəndaşları C. Cəfərov və digərləri saxlanılıb. Onlardan qanunsuz sexlərdə qaçaq yolla ölkədən çıxarmaq məqsədi ilə külçə halına salınması üçün toplanılmış xeyli qızıl-zinət əşyaları, eləcə də müxtəlif ölçülü qəliblər götürülüb. Aparılan qızılın ümumi dəyəri 500 min manata yaxındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR