Qızıl 1 dollardan çox bahalaşıb

Qızıl 1 dollardan çox bahalaşıb
# 12 avqust 2015 06:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,21% - 17 402,84 bəndədək, NASDAQ 1,27% - 5 036,79 bəndədək, S&P 500 0,96% - 2 084,07 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,06% - 6 664,54 bəndədək, Fransa CAC-40-ı 1,86% - 5 099,03 bəndədək, Almaniya DAX-ı 2,68% - 11 293,65 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,50 dollar artaraq 1 109,20 dollara, gümüş isə 0,14 dollar azalaraq 15,15 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR