Azərbaycan Memarlıq və İnşaat Universitetində abituriyentlər üçün “Açıq qapı” günü keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində abituriyentlər üçün “Açıq qapı” günü keçirilib
# 24 aprel 2017 07:56 (UTC +04:00)

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) I, II və V qrupa daxil olmaq istəyən abituriyentlər üçün “Açıq qapı” günü keçirilib.

Universitetdən APA-ya bildirilib ki, AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov tədris ocağı barədə danışaraq, əlavə edib ki, hazırda ali məktəbdə 8 fakültədə 7000-ə yaxın tələbə təhsil alır, onlardan 700-ü xarici ölkə vətəndaşıdır. Tədris 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır.

“Məqsədimiz savadlı, bilikli, özünə güvənən, dünyada rəqabətə davam gətirə bilən, müstəqil fikirli, öz dəst-xətti ilə seçilən kadrlar yetişdirməkdir. Bu universiteti seçməklə siz həm də şəffaf, demokratik bir mühitdə təhsil alacaqsınız, zəruri texniki avadanlıqlarla təchiz olunmuş ixtisas laboratoriyalarında, birbaşa inşaat meydançalarında iş prosesiylə tanış olacaqsınız, müasir təcrübəyə malik böyük şirkətlərdə, tanınmış mütəxəssislərlə təmasda olacaq, yeni bilgilərə yiyələnəcəksiniz, gələcəkdə işlə təmin olunmaq üçün partnyorlarımız olan işəgötürənlərlə görüşlərə qatılacaq, işgüzar əlaqələr qurmaq imkanları qazanacaqsınız”.

Universitetin özfəaliyyət ansamblının çıxışından sonra abituriyentlər və onların valideynləri AzMİU ilə yaxından tanış olublar, geniş və işıqlı auditoriyaları, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları gəziblər, böyük kitab fondu, dünyanın aparıcı elektron kitabxanalarına və resurslarına qoşulan kitabxana, nadir eksponatları olan muzey, tələbə və müəllimlərin əl işlərindən ibarət olan sərgi salonlarına baş çəkiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR