Lənkəran sakini döyülərək ağır xəsarət alıb

Lənkəran sakini döyülərək ağır xəsarət alıb
# 29 iyul 2017 22:24 (UTC +04:00)

Lənkəran sakini qohumu tərəfindən döyülüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Girdəni kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Fərrux Fərman oğlu Şahbazov Lənkəran rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Məlumata görə, F. Şahbazov dayısı tərəfindən döyülüb.

Baş nahiyəsindən ağır xəsarət alan F.Şahbazovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR