Martın 19-dan “Kapital Bank”ın səhmdarlarına dividendin ödənilməsinə başlanacaq

Martın 19-dan “Kapital Bank”ın səhmdarlarına dividendin ödənilməsinə başlanacaq
# 16 mart 2018 12:28 (UTC +04:00)

Martın 14-də “Kapital Bank”ın səhmdarlarının növbəti iclası keçirilib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Kapital Bank"ın Baş ofisində keçirilən bankın səhmdarlarının növbəti ümumi yığıncağının qərarına əsasən 19 mart 2018-ci il tarixindən etibarən Bankın 13 mart 2018-ci il tarixinə olan səhm sahiblərinə dividentlərin ödənilməsinə başlanacaq.

"Dividentləri almaq üçün Bakı şəhərində yaşayan səhmdarlar Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə “Kapital Bank”-ın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR