“Qarabağ” klubların reytinq siyahısında irəliləyib

“Qarabağ” klubların reytinq siyahısında irəliləyib
# 04 noyabr 2016 09:20 (UTC +04:00)

Bakı – APA. Avrokubokların qrup mərhələsinin IV turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşması siyahıda müəyyən dəyişikliklərə səbəb olub.

Azərbaycanın 7 klubla təmsil olunduğu siyahıda ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Yunanıstanda PAOK-u 1:0 hesabı ilə məğlub edən “göy-qaralar” 18,050 xalla 99-cu pillədədi.

Qələbə sayəsində 11 pillə irəliləyən “Qarabağ” bu sıçrayışla “Top-100” komanda arasına daxil olub. Təmsilçimiz “Uiqan”, Moskva “Spartak”, “Udineze”, “Sassuolo” kimi komandaları qabaqlayır.

9,800 xala malik “Neftçi” 159-cu, 7,800 xalı olan “Qəbələ” 181-ci pillədə qalıb. Sonuncuların irəliləyə bilməməyinə səbəb Bakıda Fransa “Sent-Etyen”inə 1:2 hesabı ilə uduzmasıdı.

1 pillə irəliləyib, 219-cu yerdə qərarlaşan “İnter”in 6,050 xalı var. Bakılılar Bolqarıstan “Slaven”i ilə eyni göstəriciyə malikdi.

Malta “Valletta”sı və Albaniya “Kukesi”si ilə eyni - 4,550 xala malik “Xəzər Lənkəran” 274-cü yerə şərikdi.

Digər komandalarımızdan “Kəpəz” (4,050) 297-ci, “Bakı” (3,800) 306-cı yerə şərikdi.

Qeyd edək ki, İspaniya “Real”ının (151,685) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 146,756 xalla 2-ci, “Barselona” (İspaniya) 136,685 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR