Qubada 31 yaşlı kişini maşın vurub

Qubada 31 yaşlı kişini maşın vurub
# 20 noyabr 2016 20:26 (UTC +04:00)

Quba rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən 1986-ci il təvəllüdlü Ələmmədov Azər Məhərrəm oğlunu maşın vurub. O, dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR