Daşaltı əməliyyatında şəhid olan əsgər və zabitlərin xatirəsi yad edilib

Daşaltı əməliyyatında şəhid olan əsgər və zabitlərin xatirəsi yad edilib
# 26 yanvar 2017 08:38 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycan ordusunun Daşaltı əməliyyatı zamanı şəhid olan əsgər və zabitlərinin xatirəsi yad edilib.

APA-nın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Şuşa Rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbir iştirakçıları Şəhidlər xiyabanında Daşaltı şəhidlərinin xatirəsinə qoyulmuş məzarı ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib ki, Daşaltı əməliyyatından 25 il keçməsinə baxmayaraq, döyüşdə iştirak edənlər unudulmur, şəhidlərin ruhu hörmətlə anılır. Onun sözlərinə görə, həmin dövrdə vahid komandanın olmaması, buraxılan səhvlərin nəticəsində Azərbaycan ordusu çoxlu sayda şəhidlər verib: "Amma indi Azərbaycan ordusu öz qüdrətini ermənilər üzərində hiss etdirə bilib. Aprel döyüşləri bunu bir daha sübut etdi".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR