Məhəmməd Cavad Zərif: “Bəşər Əsədin vəzifədə qalıb-qalmaması ilə bağlı qərarı Suriya xalqı verməlidir”

Məhəmməd Cavad Zərif: “Bəşər Əsədin vəzifədə qalıb-qalmaması ilə bağlı qərarı Suriya xalqı verməlidir”
# 08 sentyabr 2015 09:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Bəşər Əsədin vəzifədə qalıb-qalmaması ilə bağlı qərarı ancaq Suriya xalqı verməlidir”.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İranda səfərdə olan İspaniyanın xarici işlər naziri Manuel Qarsiya Marqallo ilə birgə mətbuat konfransında bəyan edib. O bildirib ki, Suriya böhranı siyasi vasitələrlə həll edilməlidir: “Suriya dövlət başçısı üçün 2-3 ildir şərt qoyanlar bu ölkədə axan qana və savaşın davam etməsinə görə məsuliyyət daşıyırlar. Onlar Suriya xalqının verməli olduğu qərarı özləri verib bunu xalqa qəbul etdirmək istəyirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR