Tiflisdə güclü yanğın baş verib, bir neçə ailə evsiz qalıb

Tiflisdə güclü yanğın baş verib, bir neçə ailə evsiz qalıb
# 29 dekabr 2016 22:41 (UTC +04:00)

Gürcüstan paytaxtındakı çar Tamar prospekti 18-də güclü yanğın nəticəsində bir neçə yaşayış evi yanıb. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, yanğın zamanı yaşlı qadın xəsarət alıb və ona hadisə yerinə çağırılan tibb briqadası tərəfindən ilkin yardım göstərilib. Yanan evin yaxınlığında yaşayan qonşuların sözlərinə görə, yanğına səbəb köhnəlmiş elektrik naqillərin yararsız hala düşməsi iddia olunur.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub və yanğın qısa müddət ərzində söndürülüb. Yanğın nəticəsində bir neçə ailə evsiz qalıb. Hadisə yerinə gələn Tiflisdəki Didube rayon icra hakimiyyəti nümayəndəliyinin əməkdaşları dəyən zərərin hesablanacağını və ev sahiblərinə dəyən ziyanın ödəniləcəyini bildiriblər.

Məlumata görə, yanğının başvermə səbəbi müəyyən edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR