Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 27 iyul 2015 09:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Daxili İşlər Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunun Müşfiq qəsəbəsində Sumqayıt şəhər sakini Vüqar Həmidov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Fərid Həsənovu vurub.

Xəstəxanaya yerləşdirilən F.Həsənov orada ölüb.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR