Şirvanda baş verən avtoqəzada sürücü ağır yaralanıb - FOTOSESSİYA

Şirvanda baş verən avtoqəzada sürücü ağır yaralanıb - <span style="color: red;">FOTOSESSİYA
# 16 oktyabr 2016 08:51 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda baş verən avtoqəzada sürücü kəllə-beyin travması alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Şirvan-Salyan magistralında Hacıqəhrəmanlı qəsəbəsinin ərazisində baş verib.

Salyan rayonunun Arxarası kənd sakini, 1980-ci il təvəllüdlü İsmayılov Teymur İbrahim oğlunun idarə etdiyi “Lada Priora” markalı "99 GD 997" dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq “Qanlı dərə” adlanan yerə aşıb. Nəticədə sürücü kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR