Almaniya prezidenti bu gün Moskvaya səfər edəcək

Almaniya prezidenti bu gün Moskvaya səfər edəcək
# 25 oktyabr 2017 00:53 (UTC +04:00)

Almaniya prezidenti Frank Valter Ştaynmayer bu gün Moskvaya işgüzar səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində F.V.Ştaynmayerin rusiyalı həmkarı Vladimir Putinlə görüşüi, “Memorial” hüquq müdafiə təşkilatına baş çəkməsi nəzərdə tutulub. Bundan başqa, onun SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovla görüşəcəyi, müqəddəs Pyotr və Pavel kilsəsinə baş çəkəcəyi gözlənilir.

Qeyd edək ki, F.V.Ştaynmayer son 7 ildə Moskvaya edəcək ilk Almaniya prezidentidir. Onun sələfi Yoahim Qauk bir dəfə də Rusiyaya səfər etməyib. Almaniya prezidentlərindən sonuncu dəfə Moskvaya Kristian Vulf 2010-cu ildə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR