Mərakeş kralı VI Məhəmmədin taxta çıxmasının 16-cı ildönümü münasibətilə Bakıda tədbir keçirilib - FOTOSESSİYA

Mərakeş kralı VI Məhəmmədin taxta çıxmasının 16-cı ildönümü münasibətilə Bakıda tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 iyul 2015 18:42 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Bu gün Mərakeş kralı XVI Məhəmmədin taxta çıxmasının 16-cı ildönümü münasibətilə Bakıda tədbir keçirilib.

APA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Castin Krevie, Fransanın Bakıdakı səfiri Paskal Mönye, eləcə də ölkədə akkreditə olunmuş səfirlər və diplomatlar, o cümlədən ictimaiyyət xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mərakeş Krallığının Bakıdakı səfiri Həsən Hamı iki ölkə arasında əlaqələrin çox yaxşı inkişaf etdiyini bildirib. “Ölkələrimiz arasında bir çox sahələrdə, xüsusən də təhsil və turizm sahəsində əlaqələr çox yaxşı inkişaf edib”.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan və Mərakeş arasında dostluq və əməkdaşlıq ruhunda dinamik şəkildə inkişaf etdiyini deyib. “Ölkələrimiz xarici qüvvələrin uzun illər hökmranlığı sonra milli azadlıq mübarizəsi nəticəsində müstəqilliklərini yenidən əldə ediblər. Təhsil sahəsinə əhəmiyyətli yatırımlar edirik, çünki təhsilə edilən yatırımlar xalqlarımızın gələcəyinə dair ən səmərəli yatırımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR