DİN: Keçən il narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2727 fakt aşkarlanıb

DİN: Keçən il narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2727 fakt aşkarlanıb
# 27 yanvar 2018 09:15 (UTC +04:00)

Daxili işlər orqanları tərəfindən 2017-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2727 fakt aşkarlanıb.

APA-nın məlumatına görə, narkotik vasitələrin satışı ilə bağlı 799 fakt, narkotiklərin satış məqsədi olmadan əldə edilib saxlanılması ilə bağlı 1687, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya olunması ilə 201 fakt, digər cinayətlərlə bağlı isə 40 fakt aşkarlanıb.

Faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 944,5 kq narkotik vasitə, o cümlədən 637,1 kq marixuana, 179,6 kq tiryək, 55,9 kq heroin, 5,5 kq həşiş və 364,9 qr psixotrop maddələr, 4,1 kq güclü təsir edən maddə, 43,4 kq zəhərli maddə, 66,2 kq digərləri, 2 ton 631,7 kq çətənə, 2,6 kq xaş-xaş narkotik tərkibli bitkiləri götürülüb. Çəkisi 122,3 kq narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Ümumilikdə polis orqanları tərəfindən aşkar olunmuş 2727 faktdan 914-ü əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər tərəfindən törədilib, faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 319,7 kq müxtəlif növ narkotik vasitələr götürülüb. Qrup şəklində törədilmiş 106 cinayət faktları üzrə məsuliyyətə cəlb edilmiş şəxslərdən çəkisi 276,9 kq narkotik vasitə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR