Gəncədə qadın mikroavtobusdan yıxılaraq xəsarət alıb

Gəncədə qadın mikroavtobusdan yıxılaraq xəsarət alıb
# 11 aprel 2017 20:34 (UTC +04:00)

Gəncədə qadın mikroavtobusdan yıxılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1950-ci il təvəllüdlü Giləxanım Həsənova müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın sərnişin daşıyan mikroavtobusdan düşən zaman yıxılaraq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR