Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib
# 25 yanvar 2018 10:47 (UTC +04:00)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon Gənclər Mərkəzində keçirilən qəbulda nazir müavinləri və müvafiq icra strukturlarının rəhbərləri də iştirak edib.

Nazir Bərdə, Ağdam və Tərtər rayon sakinləri, həmin rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb.

Bundan başqa, kadr məsələləri ilə bağlı 177, digər məsələlərlə bağlı müraciət etmiş 39 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR