AZAL sənəd və yüklərin beynəlxalq ekspress daşınması xidmətləri ilə bağlı tender elan edib

AZAL sənəd və yüklərin beynəlxalq ekspress daşınması xidmətləri ilə bağlı tender elan edib
# 12 aprel 2018 07:40 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" QSC sənəd və yüklərin beynəlxalq ekspress daşınması məqsədilə xidmətlərin satınalınması üzrə elan edib.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, tender sənəd və yüklərin beynəlxalq ekspress-daşınması üzrə xidmətlərin satınalınması məqsədilə 1 lot üzrə keçirilir.

Tender bu ilin may ayının 17-də baş tutacaq.

Tenderdə iştirak haqqı 300 (üç yüz) manatdır.

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər toplusunu Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportuna təqdim etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR