Parisdə AŞPA-nın seminarı keçiriləcək

Parisdə AŞPA-nın seminarı keçiriləcək
# 26 oktyabr 2017 14:53 (UTC +04:00)

Oktyabrın 27-də Parisdə AŞPA-nın Sosial Komitəsinin Avropa Sosial Xartiyası üzrə alt Komitəsinin parlament seminarı keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları - Avropa Sosial Xartiyası üzrə alt Komitənin sədri Sevinc Fətəliyeva, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və İlham Məmmədov iştirak edəcəklər.

“İş, təlim və şans bərabərliyi inteqrasiyaya və bütün fəaliyyətlərə təminat verir” mövzusuna həsr olunmuş parlament seminarında “İş həyatında tələblər və sosial hüquqların uzlaşdırılmasında hökumətin, parlament üzvlərinin və özəl sektorun rolu”, “Avropada Sosial həyata uyğunlaşma sahəsində miqrantlar, fiziki qüsurlu şəxslər və milli azlıqlar üçün şans bərabərliyi” barədə fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 29-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR