Bu il Azərbaycanda mədənçıxarmada istehsalın həcmi 2% artıb

Bu il Azərbaycanda mədənçıxarmada istehsalın həcmi 2% artıb
# 20 iyul 2015 08:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 8,4 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini 2,1% üstələyib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin altı ayı ərzində ölkədə 20 971,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, ötən ilin yanvar-iyun aylarına nisbətən 1,7% azdır. Nəticədə bu ilin iyulun 1-nə 384,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bunun 20 942,3 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 1,2% çoxdur.

Bu ilin altı ayı ərzində ölkədə 14 660,7 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2014-cü ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 3,7% azdır. Bunun da 10 189,5 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR