Britaniya XİN Tehran aksiyaları zamanı səfirin saxlanılmasını tənqid edib

Britaniya XİN Tehran aksiyaları zamanı səfirin saxlanılmasını tənqid edib
# 12 yanvar 2020 04:17 (UTC +04:00)

Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab ölkənin İrandakı səfiri Robert Makeyrin Tehrandakı aksiyalar zamanı saxlanılmasını beynəlxalq qanunların kobud və əsassız şəkildə pozulması adlandırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Raab İran hökumətinin çaşqınlıq içində olduğunu deyib.

“Rəsmi Tehran Pariah (Hindistanın Tamilnad ştatında kasta) və onu müşayiət edən siyasi və iqtisadi təcridolunma statusunu qazanmaq yolunu davam etdirə və ya gərginliyi azaltmaqla diplomatik yola başlamaq üçün addımlar ata bilər”, - deyə XİN başçısı əlavə edib.

Qeyd edək ki, bundan əvvəl “Tasnim” agentliyi Tehranda keçirilən etiraz aksiyalarında səfir Makeyrin bir neçə saatlıq saxlanıldığı barədə xəbər vermişdi. Səfir “aksiyalara təşəbbüs göstərməkdə, təhrik etməkdə və bəzi radikal hərəkətlərə qatılmaqda” şübhəli bilinmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR