Tərtərdə 1 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Tərtərdə 1 ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 02 yanvar 2018 12:56 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Qaynaq kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentlikdən APA-ya verilən məlumata görə, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin kəndin ərazisində 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik raketin döyüş başlığı aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş döyüş başlığının ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 02 yanvar 2018-ci il tarixlərində Tərtər rayonu ərazisində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 300 kv.m ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR